Miladi: 06 iyun 2014
Hicri: 08 şaban 1435
İlin 156-cı günü
İlin sonuna 209 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 04:34
Günəş – 06:11
Zöhr – 13:39
Əsr – 18:22
Məğrib – 21:24
İşa – 23:10
1599-cu ildə ispan rəssamı Diyeqo Velaskes dünyaya gəlib.
1606-cı ildə fransız dramaturqu Pyer Kornel dünyaya gəlib.
1799-cu ildə rus şair və yazıçı Aleksandr Puşkin, Moskvada anadan olub .
1850-ci ildə alman fiziki Karl Ferdinand Braun anadan olub.
1857-ci ildə Rus riyaziyyat alimi Aleksandr Lyapunov anadan olub.
1920 - Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan başlanıb. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar Zaqatala qalasını, Qaxı və ətraf əraziləri ələ keçiriblər. Üsyan bütün bölgəyə yayılıb. Lakin Rusiyanın XI ordusunun bölgəyə yeridilən hissələri qeyri-bərabər döyüşdən sonra iyunun 16-da üsyanı yatırıblar. Hafiz Əfəndi üsyançıların dəstəsi ilə Gürcüstan ərazisinə keçib.
1950-ci ildə Türkiyədə azan yenidən ərəb dilində oxunmağa başlayıb.
1951-ci ildə Xalq artisti Xuraman Qasımova anadan olub.
1951-ci ildə aktyor Cefri Raş anadan olub.
1956-cı ildə pop-müğənni Kriz Ayzek anadan olub.
1960-cı ildə musiqiçi Stiv Vey anadan olub.
1968-ci ildə amerikalı siyasətçi Robert Kennedi sui-qəsd nəticəsində öldürülüb.
2001 - Prezident Heydər Əliyev GUÖAM dövlət başçılarının Yalta sammitində təşkilatın statusunu və strukturlarını müəyyən edən "Yalta Xartiyası"nı imzalayıb. Təşkilatın katibliyinin Kiyevdə yerləşdirilməsi qərara alınıb.
2008 - Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın yeni prezidenti Serc Sarkisyanın Qarabağ nizamlanmasına dair ilk görüşü Sankt-Peterburqda, MDB-nin qeyri-formal sammiti çərçivəsində gerçəkləşib. Prezidentlər sülh prosesini davam etdirmək barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB