Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Çin dili və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Uşaq Gününə həsr olunmuş "Ertun Sze" (Uşaq Günü) Çin bayramı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfirliyinin birinci katibi Li Yunxuey və ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova iştirak edib.
Çin dili və Mədəniyyət Mərkəzinin direktoru, dosent Rafiq Abbasov bayram münasibəti ilə uşaqlar və valideynləri təbrik edərək uşaqların hüquqlarının təmin edilməsi, onların hərtərəfli inkişafı, sağlam saxlanılmasının Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu qeyd edib. O, bu siyəsətin həyata keçirilməsində xəstə və valideyn himayəsindən məhrum olunmuş uşaqlara dəstək və qayğı göstərən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xüsusi rolunun olduğunu bildirib.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və Komitənin əməkdaşı Turan Əbdürəhmanova bu Komitənin uşaq hüquqlarının pozulmasının qarşısını almaq üçün həyata keçirdiyi islahatlardan danışaraq ailə, qadın və uşaq problemlərinin həlli üçün nəzərdə tutulan xüsusi dövlət proqramlarından söz açıblar.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Çinşünaslıq ixtisasının tələbələri "Çində uşaqların həyatı" mövzusunda təqdimatla çıxış etdilər, həmçinin onlar Çin xəttatlıq sənətinin naxışlarla düzəldilmiş kağızlar - "Szyançji" dərsini apardılar və uşaqlara Çin gimnastikası "Tayszisyuan"ın fərdi elementlərini öyrədiblər.
Sonra bayram konserti keçirilib. Konsertdə Çin xalq mahnıları səsləndi, ənənəvi "Şir" rəqsləri ifa olundu və şən Çin uşaq müsabiqələri keçirildi. Sonda çay mərasimi təşkil olunub. Uşaqlar milli Çin şirniyyatlarından dadıblar.
Qeyd edək ki, tədbirdin sonunda ÇXR-in Azərbaycandakı səfirliyinin birinci katibi Li Yunxuey səfirliyin adından uşaqlara hədiyyə paylayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB