Rəhman Rəhmanov səhhəti ilə bağlı yayılan xəbərə aydınlıq gətirdi AÇIQLAMA
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun əlil olduğu haqda xəbər yayılıb. SİA-ya açıqlama verən əməkdar artist yayılan məlumata aydınlıq gətirib: "Bildiyiniz kimi uzun müddətdir şəkər xəstəsiyəm. Ayağımda (qanqrena) çürümə gedir. Sağalmaq ehtimalım isə yoxdur. Bəllidir ki, ayağımdan əməliyyat olunmuşam. Bir ayağımda irəliləyiş olsa da digərində çürümə davam edir. Ancaq şükürlər olsun ki, hərəkətimdə problem yoxdur. Tamaşalarım olanda heç nəyə baxmayaraq, gedib rollarımı ifa edirəm. Artıq II qrup əliləm. Onu da diqqətinizə çatdırım ki, səhhətimlə bağlı Mədəniyyət və Turizm Nazirliyi hər zaman mənə köməklik göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB