BMÜTT-nin İcraiyyə Şurasının 98-ci sessiyası keçirilir

BMÜTT-nin İcraiyyə Şurasının 98-ci sessiyası keçirilir

İyunun 5-də İspaniyanın Santiaqo de Kompostela şəhərində keçirilən BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) İcraiyyə Şurasının 98-ci sessiyasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və Turizm şöbəsinin müdir müavini Rauf Paşayev iştirak edir. SİA-nın məlumatına görə, sessiya çərçivəsində BMÜTT-nin baş katibi Taleb Rifai tərəfindən 2013-2014-cü illər üzrə beynəlxalq turizm üzrə hesabat təqdim olunacaq, həmçinin, "Regional inkişafın dəstəklənməsi və inteqrasiyasında turizm marşrutlarının rolu" mövzusunda müzakirələr aparılacaq.

Tədbirin sonunda İcraiyyə Şurasının 99-cu və 100-cü sessiyalarının keçiriləcəyi tarix və ölkələr müəyyən olunacaq.

Qeyd edək ki, tədbir iyunun 6-da başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə