Vaqif Səmədoğlunun yubileyi qeyd ediləcək

Vaqif Səmədoğlunun yubileyi qeyd ediləcək

İyunun 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xalq Şairi, "Şərəf" ordenli Vaqif Səmədoğlunun 75 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcəkdir.

Vaqif Səmədoğlu ədəbiyyatımızda 60-cılar nəslinin özünəməxsus yeri olan qələm sahiblərindəndir.

"Yeddi şeir" adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilmişdir. "Oğuz eli" qəzetinin baş redaktoru, Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifələrində çalışmış, 2000-2005-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olmuşdur.

Yubiley tədbirində Vaqif Səmədoğlunun zəngin həyat yolu və yaradıcılığından söhbət açılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə