Babək Rayon Mədəniyyət Evində xalq şairi Bəxtiyar Vahabzadənin "İkinci səs" dramı əsasında hazırlanan tamaşa təqdim edilib. SİA-nın məlumatına görə, rayon xalq teatrının hazırladığı tamaşada mənəvi təmizlik, ailəyə sədaqət, vəzifə borcuna məsuliyyət, insan ləyaqətinin uca tutulması kimi dəyərlər aşılanır.
Tamaşanın rejissoru Yusif Əliyev, musiqi tərtibatçısı Səyyad Məmmədov, rəssamı Əli Səfərovdur.
Rollarda Firdovsi Səfərov, Şölə Novruzbəyli, Vüsalə İsmayılova, Stella Babayeva, İsmayıl Qurbanov və başqaları çıxış edirlər.
Qeyd edək ki, Babək rayonunun xalq teatrı 2009-cu ildən fəaliyyət göstərir. Teatrda Qilyermo Fiqeyredonun "Ezop", Bəxtiyar Vahabzadənin "Yollara iz düşür", Məhərrəm Əlizadənin "Şeyx Rəhmətulla", Cəfər Cabbarlının "Solğun çiçəklər", Hüseyn Cavidin "Ana" əsərlərini uğurla səhnələşdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB