Alim Qasımovun İranda diskləri satışa çıxarılıb

Alim Qasımovun İranda diskləri satışa çıxarılıb

Azərbaycanın xalq artisti Alim Qasımovun İranda diskləri satışa çıxarılıb. SİA-nın məlumatına görə, disklərə xanəndənin 2000-2004-cü illərdə Təbrizdə verdiyi konsertlər, eyni zamanda, bu il mayın 13-də Tehranda keçirdiyi konsertdən bir səhnə daxil edilib. Xanəndənin 2000-ci il konserti iki ədəd CD, 2004-cü il konserti isə bir ədəd DVD formatında buraxılıb.

Qeyd edək ki, disklər Tehranın "Avaye Barbad" Mədəniyyət və İncəsənət Müəssisəsinin təşkilatçılığı ilə satışa çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə