Fransanın Paris şəhərində UNESCO-nun baş qərargahında "Qeyri-maddi mədəni irsin mühafizəsi üzrə Konvensiya"nın iştirakçı dövlətlərinin Baş Assambleyasının 5-ci sessiyası işə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir.
Sessiya zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 2012-ci ildən 2014-cü ilədək fəaliyyətinə dair hesabat, reprezentativ siyahıya daxil edilmiş elementlərin mövcud vəziyyəti haqqında məruzələr dinləniləcək, həmçinin sözügedən komitənin üzvləri seçiləcək.
Müzakirə ediləcək əsas məsələlərdən biri də 2015-ci ildən UNESCO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı"na və "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"na daxil ediləcək elementləri qiymətləndirən strukturun dəyişməsi məsələsidir. İndiki halda bu struktur iki hissədən ibarətdir (Köməkçi orqan və Məşvərətçi orqan). Təklif qəbul olunan halda isə bu struktur bir təsisatdan - Qiymətləndirici orqandan ibarət olacaq. Qeyd edilən struktur dəyişikliyi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 2013-cü ilin 2-7 dekabr tarixində Bakıda keçirilən 8-ci sessiyasında da təklif edilib.
Qeyd edək ki, sessiya iyunun 5-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB