Azərbaycan beynəlxalq sərgidə ilk iştirakını uğurla sona çatdırıb

Azərbaycan beynəlxalq sərgidə ilk iştirakını uğurla sona çatdırıb

Ölkəmizi sərgidə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Konqreslər Bürosu və onun tərəfdaşları təmsil edib. SİA-nın məlumatına görə, sərgi çərçivəsində Azərbaycan Konqreslər Bürosu və onun üzvləri Rusiya,Türkiyə və Orta Şərq ölkələri kimi hədəf bazar təmsilçiləri ilə səmərəli görüş və iclaslar keçirib. Görüşlər zamanı Avropa ölkələri də Azərbaycan və onun turizm bazarına xüsusi maraq göstərib.

Eyni zamanda, sərgi çərçivəsində Azərbaycan Konqreslər Bürosu Qala şam yeməyi təşkil edib. Mədəniyyət və Turizm Nazirliyinin Almaniya Federasiyasında rəsmi təmsilçisi olan Aviareps şirkətinin dəstəyi ilə təşkil olunan mərasimdə Azərbaycan nümayəndə heyətinə başçılıq edən Mədəniyyət və Turizm nazirinin müavini Nazim Səmədov çıxış edib.

Cənab Səmədov çıxışında Azərbaycanın turizm sahəsində əldə etdiyi nailiyyətlərdən, ölkəmizin iqtisadi və sosial sahələrdəki yüksək inkşaf göstəricilərindən, və həmçinin turizm sahəsində yaradılan geniş imkanlardan danışıb. Nazir müavini ölkəmizdə biznes turizm sahəsinin inkşafı yolları və perspektivlərini də qeyd edib. Tədbirə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Konqreslər Bürosunun, nüfuzlu otel və turizm agentliklərinin, turizm sahəsində çalışan şirkət və media nümayəndələri qatılıb. Mərasimdə Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkəmizin biznes turizm sahəsində imkanları təqdim olunub. Mərasim iştirakçıları təqdimatı böyük maraqla qarşılayıb. Tədbirin sonunda keçirilən əyləncəli müsabiqədə qonaqlardan biri Bakıda həftəsonu istirahət paketi qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə