Milli musiqi alətlərimizi ermənilərin mənimsəməsindən qoruyaq

Milli musiqi alətlərimizi ermənilərin mənimsəməsindən qoruyaq

Göygöl şəhərində "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə "Xalqımızın milli musiqi alətləri olan saz və balabanı ermənilərin mənimsəməsindən qoruyaq!" layihəsi çərçivəsində tədbir keçirilmişdir.

Çıxışlarda layihənin əhəmiyyətindən danışılaraq əvvəllər olduğu kimi, son vaxtlarda da ermənilərin milli mədəniyyətimizə, musiqimizə yiyələnmək üçün dəridən-qabıqdan çıxdıqları barədə fikirlər səsləndirilmişdir.

Qeyd edilmişdir ki, bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın həyata keçirdiyi məqsədyönlü tədbirlər ermənilərin iç üzünü açır. Fondun həyata keçirdiyi tədbirlər üzdəniraq qonşularımızın mədəniyyətimizə, musiqi alətlərimizə, hətta mahnılarımıza qarşı mənimsəmə siyasətinə qarşı tutarlı cavab olmaqla yanaşı, onların bir xalq kimi heç bir mədəniyyətə malik olmadıqlarını sübuta yetirir.

Tədbirin sonunda sazda və balabanda Azərbaycan xalq havaları səsləndirilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə