Bu gün Muzey Mərkəzində xalq rəssamı Aydın Rəcəbovun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəsamlar İttifaqının sədri Fərhad Xəlilov, Rəsamlar İttifaqının katibi Ağaəli İbrahimov, rəssamlar, mədəniyyət xadimləri, media nümayəndələri və başqalraı iştirak ediblər.
Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək xalçanın estetik gözəlliyi ilə bərabər qədim xalq yaddaşından süzülüb gələn elementlərdən faydalanmaq Aydın Rəcəbovun yaradıcılığında nəzərə çarpan əsas məqamlardan olduğunu vurğulayıb: "Aydın Rəcəbovun xalçalarında ölçüyə uyğun sıxlıq, zərif ilmə üsulu, əlvan rənglərin harmonik düzülüşü onun əsərlərinə incə poetiklik gətirir. A.Rəcəbov Lətif Kərimov xalçaçılıq məktəbinin yetirməsidir. Lakin bununla yanaşı öz fərdi yaradıcılıq üslubunu formalaşdırmış xalçaçı rəssamın yaradıcılığı ənənələrə bağlılığı və müasirliyin sintezinə əsaslanır".
Qeyd edək ki, Aydın Rəcəbov 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1991-ci ildən Azərbaycan Rəssamlıq İttifaqının Rəyasət heyətinin üvüdür. 2005-ci ildə fərdi sərgiləri Bakıda və Stokholmda keçirilib. "Soltan Məhəmməd" mükafatına layiq görülüb. Aydın Rəcəbov öz xalça və naxış yaradıcılığında poeziyaya, orta əsr minatür sənətimizin ənənələri və kompozisiya quruluşuna müraciət edir. Bu qəbildən olan "Şirinin Bisituna gəlməsi", "Bahar qızı", "Şərq gözəli", "Ud ifaçısı", "Çovqan oyunu" və s. əsərləri onun süjetli xalçalarının əsas mövzu rəngarəngliyini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB