Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında 1 İyun- "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olnan konsert proqramı təşkil edilib. SİA-nın məlumatına görə, konsertdə Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik edib: "Bizdə bu cür tədbirlər mütamadi olaraq qeyd olunur. İndi səhnəyə gənc ifaçılar çıxacaq. Onların belə gənc olmaqlarına baxmayaraq çox peşəkarlıqla əsərləri ifa edirlər. Məşhur bəstəkarlarımız da uşaq musiqiləri yaratmağa səy göstərirlər. Onlardan Oktay Zülfüqarovun adını çəkmək olar. Sevindirici haldır ki, gənclərimiz də uşaq mahnılarını bəstələməyə üstünlük verirlər".
Daha sonra R.Behbudov adına 2 saylı 11 illik Musiqi Məktəbinin şagirdləri, Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin şagirdlərinin, 34 saylı Uşaq Musiqi Məktəbi və başqa məktəbin şagirdlərin ifasında musiqilər səsləndirilib.
Qeyd edək ki, sonda Bəstəkarlar İttifaqı tərəfindən iştirakçılara mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB