“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu”

“Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu”

İyunun 4-5-də Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə "Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu" mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək. SIA-nın məlumatına görə, bu gün ölkəmizdə yaranmaqda olan informasiya cəmiyyəti şəraitində xüsusi aktuallıq daşıyan bu konfransın keçirilməsi Azərbaycan Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya"da qarşıya qoyulan vəzifələrin həlli yolunda atılan əhəmiyyətli addım kimi dəyərləndirilə bilər.

Konfransda Azərbaycanın teatr, kino, televiziya və radio məkanında, həmçinin internet şəbəkəsində, bütövlükdə, inkişafına doğru getdiyimiz informasiya cəmiyyətində mövcud durum və problemlər, onların növlərarası inteqrasiyası, yüksək kommunikasiya texnologiyalarının cəmiyyətə təsiri parametrləri və perspektivləri müzakirə olunacaq.

Konfransın açılış mərasimi iyunun 4-də AMEA-nın əsas binasında keçiriləcək.

Konfransın proqramında "Audiovizual sənətlərin müasir informasiya cəmiyyətində rolu – problemə sosioloji baxış", "İnformasiya cəmiyyətinin təşkilində milli yaddaşın yeri", "Postmodernizm informasiya cəmiyyətinin incəsənəti kimi", "İnformasiya müharibəsi şəraitində audiovizual mədəniyyət və yeni təfəkkür", "Azərbaycan ədəbiyyatında audiovizual nəqlə meyllər", "Geyim vizual informasiya sistemi kimi" və digər bu kimi mövzularda olmaqla, ümumilikdə, 25 məruzə dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə