“AtaTravel” “Sos” uşaq kəndlərinin yeniyetmələri üçün təlim keçirib
"AtaTravel" MMC "Sos" uşaq kəndlərinin yeniyetmələri üçün "Səmərəli karyera planlaması" mövzusunda təlim keçirmişdir. Şirkətdən SİA-ya bildirmişlər ki, 15-ə yaxın gəncin iştirak etdiyi təlimdə səmərəli karyera planlaması, karyera uğursuzluqlarının səbəbləri haqqında geniş məlumat verilmişdir.
"AtaTravel" MMC-nin direktoru Vüsal Əliyev bildirmişdir ki, təlimin məqsədi "Sos" uşaq kəndləri yeniyetmələrinin gələcəkdə işə asanlıqla düzəlməsinə kömək etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB