GTT-nin aktyoru “Humay” mükafatına layiq görüldü

GTT-nin aktyoru “Humay” mükafatına layiq görüldü

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar Artist, Prezident mükafatçısı Qurban İsmayılov "Humay" Milli Mükafatına layiq görülmüşdür. Teatrın mətbuat xidmətindən bildirmişlər ki, istedadlı aktyor bu mükafata Azərbaycan Teatr Xadimləri İttifaqı rəhbərliyinin təqdimatı əsasında Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarında olan İsveç dramaturqu Lars Nurenin "Mən gəldim, qızlar" ("Müharibə") tamaşasında canlandırdığı Kor ata obrazına görə layiq görülmüşdür.

"Humay" Milli Mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. "Humay" Akademiyası üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər nominasiyalar üzrə müəyyən edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə