Özbəkistan- Azərbaycan dostluq Cəmiyyətinin bir qrup nümayəndə heyəti Bakıda səfərdədir

Özbəkistan- Azərbaycan dostluq Cəmiyyətinin bir qrup nümayəndə heyəti Bakıda səfərdədir

Özbəkistan-Azərbaycan dostluq Cəmiyyətinin sədri, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin rektoru Ş.Şaripov, cəmiyyətin üzvləri və tanınmış elm xadimlərindən ibarət nümayəndə heyəti ilə 2-9 iyun 2014-cü il tarixində Azərbaycanda səfərdə olacaq. SİA-nın məlumatına görə, səfərin əsas məqsədi mədəniyyət və təhsil sahəsi ilə yaxından tanışlıq, bu sahələrdə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin aparılmasıdır. Səfər çərçivəsində nümayəndə heyəti Fəxri və Şəhidlər Xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzi, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyatçunaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Gəncə şəhərinin mədəniyyət müəssisələri və Gəncə Dövlət Universiteti ilə tanış olmaq, o cümlədən Gəncə şəhərində Nizami Gəncəvinin məqbərərsini ziyarət etmək və bir sıra görüşlər keçirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə