Özbəkistanın “Eko hayot” qəzetində Şuşa haqqında məqalə dərc olunub
Özbəkistanın "Eko hayot" qəzetinin cari il 28 may 20 nömrəsində Azərbaycanın Şuşa şəhəri haqqında "Куйловчи шахар", "Oxuyan şəhər" adlı məqalə dərc olunub. SİA-nın məlumatına görə, məqalədə Azərbaycanın dilbər guşəsi Şuşa Avstriyanın Vyana, İtaliyanın Neapol şəhərinə bənzədilmiş, Azərbaycan şeiriyyatının və musiqisinin beşiyi, Qafqazın konservatoriyası adlandırılıb. Şuşanın Azərbaycan ədəbiyyatı və musiqisinə verdiyi töhvələrdən danışılan məqalədə ötən əsrin sonlarında baş vermiş təcavüzlə əlaqədar şuşalıların şəhəri tərk etdikləri və 248 tarixi abidənin, musiqi məktəblərinin muzey, kitabxana və qalereyaların yerləşdiyi bu Azərbaycan şəhərinin tamamilə viran edildiyi bildirilir.
Məqalənin müəllifi tanınmış Özbək jurnalisti Şərafəddin Tulaqanov "Куйловчи шахар", "Oxuyan şəhər" adlı məqaləni Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin elan etdiyi "Özbəkistan mətbuatında 2014-cü ildə Azərbaycan haqqında "İlin ən yaxşı məqaləsi" müsabiqəsinin "Azərbaycan ədəbiyyatı nominasiyasına təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB