Yeni əməkdaşlıq istiqamətləri FOTOLAR

Yeni əməkdaşlıq istiqamətləri FOTOLAR

Azərbaycanda yaşayan xalqların humanitar rifahında və onların milli özünəməxsusluğunun qorunub saxlanılmasında əvəzolunmaz rol oynayan mədəniyyət sahəsi ölkə rəhbərliyinin göstərdiyi qayğı və xüsusi diqqət nəticəsində son illər öz inkişaf tarixinin ən parlaq səhifələrini yaşayır. Aparılan uğurlu siyasətin və fəal xarici təbliğatın nəticəsi olaraq xalqımıza məxsus mədəniyyət inciləri bəşəriyyətin mədəniyyət xəzinəsinin ayrılmaz hissəsi kimi öz gözəllik və fəlsəfi dərinliyi ilə dünya ictimaiyyətini heyran edir. Eyni zamanda uzun illər davam edən informasiya müharibəsi kontekstində ölkəmizin dünyada tanıdılması və Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında mədəniyyət siyasətinin potensialına müraciətlər əhəmiyyətli şəkildə artıb.

Azərbaycan xalqına məxsus milli mədəni irs nümunələrinin təbliğində və Ermənistan tərəfindən aparılan milli mədəniyyət nümunələrimizin mənimsəmək siyasətinin qarşısının alınmasında da mədəniyyət siyasətinin rolu əvəzolunmazdır. İnformasiya mənbələrinin çoxluğu, qaçılmaz qloballaşma prosesləri, yüksək texnologiyaların inkişafı, virtual məkanın kəskin aktuallığı, sosial şəbəkələrin cərəyan edən ictimai proseslərə təsir etmək imkanlarını, habelə səmərəli informasiya mübadiləsinin təmin olunmasında sosial şəbəkələrin əvəzolunmaz rolunu nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sosial şəbəkələrinin ən fəal üzvləri sayılan tələbələrlə mütəmadı işin aparılması üçün yeni layihələrin keçirilməsi niyyətindədir. Sözügedən istiqamətdə ölkəmizin yaradıcı ali məktəblərinin (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və Rəssamlıq Akademiyası) tələbələri ilə görüşlərin təşkili nəzərdə tutulmuşdur. İlk görüşlər artıq cari ilin 30 və 31 may tarixlərində müvafiq olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Milli Konservatoriyanın tələbələri ilə təşkil olunub. Görüşlərdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Asif Usubəliyev və Cavid Əliyev iştirak ediblər.

Qeyd edək ki, səmərəli və işgüzar şəraitdə keçən görüşlər çərçivəsində tələbələrə sosial şəbəkələr və onların potensialları haqqında geniş məlumatlar verilib və sözügedən istiqamətdə birgə əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə