“Kapellhaus”da əl işləri festivalı keçiriləcək

“Kapellhaus”da əl işləri festivalı keçiriləcək

İyunun 4-5-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində əl işləri festivalı keçiriləcək. SİA-nın məlumatına görə, paytaxtımızda ilk dəfə keçirilən bu festivalda müxtəlif texnika ilə işlənmiş tətbiqi sənət nümunələri, o cümlədən bədii yonma, naxış, keramika, xalçaçılıq məmulatları, zərgərlik əşyaları, sandıqçalar və s. təqdim olunacaq.

Qeyd edək ki, festivalda işləri nümayiş olunacaq insanları incəsənətə və yaradıcılığa olan sevgi birləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə