“Şairlər günü” keçiriləcək

İyunun 5-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı ilə "Şairlər günü" keçiriləcək. AYB-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 1999-cu ildə UNESCO-nun XXX sessiyasında hər il martın 21-ni Dünya Poeziya Günü kimi qeyd etmək barədə qərar qəbul olunub.

Azərbaycanda martın 21-i Novruz bayramına təsadüf etdiyi üçün "Şairlər günü"nün iyunun 5-də, görkəmli şair Mikayıl Müşfiqin anadan olduğu gün keçirilməsi qərara alınıb.

Qeyd edək ki, artıq dördüncü ildir ki, Azərbaycanda "Şairlər günü" qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə