Tanınmış bəstəkar, xalq artisti Roza Cəlilovanın 85 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək. SİA-nın məlumatına görə, konsertdə F.Əmirov adına əməkdar kollektivin və Azərbaycan Dövlət mahnı və rəqs ansamblının ifasında bəstəkarın əsərləri səslənəcək.
Nəzərinizə çatdıraq ki, konsertin bədii rəhbər və baş dirijor, xalq artisti Ağaverdi Paşayevdir.
Qeyd edk ki, konsert iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB