Bu günün tarixi

Miladi: 02 iyun 2014

Hicri: 04 şəban 1435

İlin 153-cü günü

İlin sonuna 212 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:36

Günəş – 06:12

Zöhr – 13:39

Əsr – 18:21

Məğrib – 21:21

İşa – 23:06

455-ci ildə Vandallar Romaya hücum edib, şəhəri iki həftə taladılar.

1865-ci ildə Amerika Vətəndaş Muharibəsi başa çatdı.

1882-ci ildə italiyalı inqlabçı və dövlət adamı Cüzeppe Qaribaldi vəfat edib.

1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb.

1941-ci ildə Türkiyədə ərəb dilində azan oxumaq qanunla qadağan edildi.

1946-cı ildə Referendum nəticəsində İtaliyada monarxiya devrildi, ölkə İtaliya Respublikası elan edildi. İtaliya kralı Humbert II sürgün edilib.

1953-cü ildə İngiltərə kraliçası Elizabet (Elizabeth) taxta çıxıb.

1964-cü ildə "Fələstin Azadlıq Təşkilatı" (FAT) yaradılıb.

1988-ci ildə Hindistan aktyoru və rejissoru Rac Kapur vəfat edib.

1989 - Ermənistan rəhbərliyi respublika ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmənin həyata keçirildiyni etiraf edib. Ermənistan KPMK-nın birinci katibi S.Arutyunyan SSRİ Xalq deputatlarının 1-ci qurultayındakı çıxışında bəyan edib ki, "1989-cu il iyunun 1-nə olan məlumata görə, Ermənistanda bir dənə də olsun azərbaycanlı ailəsi qalmayıb". Ermənistandan 220 mindən çox azərbaycanlı əhalinin kütləvi deportasiyası faktiki olaraq 1988-ci ilin sonunda başa çatıb.

1992-ci ildə Danimarkada referendum keçirildi. Avropa Birliyinin əsaslarını bildirən Mastrixt (Maastricht) Anlaşması rədd edilib.

1993 - Azərbaycan dəmir yolunda ermənilərin növbəti təxribatı həyata keçirilib. Bakı dəmir yolu vağzalında törədilmiş partlayış nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib. Partlayışın icraçısı Rusiya vətəndaşı İqor Xatkovski Ermənistan Milli Təhlükəsizlik Baş İdarəsi kəşfiyyat şöbəsinin casusu kimi Azərbaycana göndərildiyini, təxribatçı qrupun Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törətdiyini etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə