Naftalan şəhərindəki V.Namazov adına körpələr evi-uşaq bağçasında 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə balaca fidanların ifasında bayram konserti təqdim edilib.
Naftalan Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Uşaqlardan ibarət rəqs qrupları, şən və hazırcavab balacalar çıxış edərək şeirlər və mahnılar səsləndiriblər.
Bayram tədbirində şəhər icra hakimiyyəti aparatının, təhsil şöbəsinin məsul işçiləri, eləcə də valideynlər çıxış edərək balacaları Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik ediblər.
Qeyd edilib ki, dünyanın hər yerində olduğu kimi, respublikamızda da uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva daim uşaqlara diqqət və qayğı göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB