Kürdəmir şəhərindəki Heydər Əliyev parkında 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş "Dünya bizim evimizdir" mövzusunda ədəbi-bədii tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə bu əlamətdar günün tarixindən və respublikamızda uşaqlara göstərilən böyük diqqət və qayğıdan söz açılıb.
Bağça uşaqları və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbir uşaqların ifalarında təqdim olunan mahnı və rəqslərlə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB