İyunun 1-dən 7-dək Azərbaycanda Misir Ərəb Respublikasının Mədəniyyət Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən SIA-ya verilən məlumata görə, Mədəniyyət Günləri çərçivəsində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Beynəlxalq simpozium, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təntənəli konsert proqramının təqdimatı, "İsmailiyyə" folklor ansamblının konsertləri və rəsm, dekorativ-tətbiqi sənət və fotosərgisinin təşkili nəzərdə tutulur.
Mədəniyyət günləri Bakıətrafı bölgələrdə də davam edəcək. Sərginin açılışı isə iyun ayının 2-də "Qalereya 1969" sərgi salonunda keçiriləcək.
Qeyd edək ki, sərgidə Misirin incəsənət xadimi Şərif Sunbul, və Misirin Helvan Universitetinin rəssamlıq fakültəsinin müəllimi, doktor Ənvər Məhəmməd İbrahim Əli iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB