Radmila Karaklaiç Bakıda səfərdə olacaq

Radmila Karaklaiç Bakıda səfərdə olacaq

04-07 iyun tarixlərində Yuqoslaviya və Serbiyanın xalq artisti, tanınmış estrada müğənnisi Radmila Karaklaiçin Bakıya səfəri nəzərdə tutulub. SİA-nın məlumatına görə, Radmilla Karaklaiç XX əsrin 1960-1980-ci illərində dəfələrlə Azərbaycanda qastrol səfərində olub. O zamanlar sənətçinin konsertləri böyük uğur qazanmış, pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb. Səfərin Azərbaycan və Serbiya arasında mədəni əlaqələrin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb etdiyini nəzərə alaraq müğənni üçün maraqlı səfər proqramı hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə