Şükufə Yusupova yubileyini Musiqili Teatrın səhnəsində qeyd etdi FOTOLAR

Şükufə Yusupova yubileyini Musiqili Teatrın səhnəsində qeyd etdi FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında N.Qoqolun "Evlənmə" tamaşası göstərilib. Teatrdan SİA-ya verilən məlumata görə, bu dəfə tamaşanın finalı fərqliliyilə seçilib. Belə ki, artıq üç ildir ki, teatrın repertuarında olan səhnə əsəri növbəti nümayişi respublikanın xalq artisti Şükufə Yusupovanın yubileyinə həsr edilib.

Nəzərinizə çatdıraq ki, Şükufə Yusupova, "Evlənmə" tamaşasında Fiokla İvanova rolunda çıxış edir.

Tamaşanın sonunda sənət yoldaşları, teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev aktrisanı elə səhnədəcə təbrik ediblər.

"Şükufə Yusupova Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir" deyə Əliqismət Lalayev əlavə edib. Onun ad gününü ilk bizim teatr, dar çərçivədə qeyd edib. Tamaşaçıların alqışı və atəşfəşanlıq sədaları ilə səhnədə doğum günü tortu kəsilib. Bayram sevinci, sənət xadimlərinin iştirakı ilə artıq pərdə arxasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə