Turizm sahəsində çalışanlar üçün kurslar keçiriləcək

Turizm sahəsində çalışanlar üçün kurslar keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikanın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, belə tədbirlərin uğurlu nəticələrini nəzərə alaraq, xidmət sahəsi üzrə təlim-tədris kurslarının növbəti mərhələsi Şimal bölgəsi üzrə cari ilin 03 iyun tarixindən 10 iyun tarixinədək (8 günlük) Xaçmaz rayonunda keçiriləcək. Təlim-tədris kurslarında əsasən 4 sahə- "İdarəçilərin təlimçi olaraq hazırlanması", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək. Təlimlər iyun ayının 10-da kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə başa çatacaq. Bu istiqamətdəki treninqlərin regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsini yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə