Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev YUNESKO-nun baş konfransının Prezidenti Hao Pingi qəbul edib. SİA-nın məlumatına görə, nazir görüş zamanı Azərbaycan - YUNESKO əməkdaşlığının tarixi, hazırki vəziyyəti və gələcək perspektivləri barədə YUNESKO rəsmisinə məlumat verərək, qeyd edib ki, hazırda bu əməkdaşlıq ölkə prezidenti cənab İlham Əliyev və YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın dəstəyi ilə özünün inkişaf dövrünü yaşayır.
Azərbaycanın Qobustan qayaüstü abidələri və İçərişəhər kimi tarixi abidələri YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına, Muğam, Aşıq sənəti, Novruz Bayramı, Xalça sənəti, tar ifaçılığı və Çövkən - Qarabağ atüstü oyunu isə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Ötən il YUNESKO ilə Azərbaycan hökuməti arasında 5 illik Çərçivə Sazişi imzalanmışdır ki, bu saziş əsasında ölkəmiz YUNESKO-nun beynəlxalq tədbirlərinə maliyyə dəstəyi ilə çıxış edəcək.
Hao Ping Azərbaycanda ilk dəfə səfərdə olduğunu bildirərək, ölkəmizin inkişafının onda yüksək təəsürat doğurduğunu ifadə edib. O, həmçinin hazırda YUNESKO-un Baş Konfransının prezidenti, eyni zamanda Çinin Təhsil nazirinin müavini, YUNESKO üzrə Çinin milli Komissiyasının direktoru kimi Azərbaycanla sözügedən təşkilat və Çin dövləti arasında humanitar sahədə qarşılıqlı əməkdaşlığın inkişafına tövhə vermək niyyətini bir daha önə çəkmiş, Azərbaycan- Çin əlaqələrinin mədəniyyət və turizm sahələrində bir sıra vacib məqamlarını qonağın diqqətinə çatdıraraq ölkəmizin bu sahədə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB