Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olundu

Gənc Tamaşaçılar Teatrının yeni veb-saytı təqdim olundu

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni veb-saytının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, yüksək peşəkarlıqla hazırlanmış saytda teatrın yaranma tarixi, teatr sənətinin görkəmli korifeyləri, yaradıcı və bədii heyət haqqında geniş məlumat yerləşdirilib. Saytda həmçinin, teatrın aktyor kollektivinin uğurla iştirak etdiyi qastrol səfərləri və beynəlxalq festivallar haqqında ətraflı məlumatlar öz əksini tapıb.

Teatrın direktoru Mübariz Həmidov zalda əyləşənlərə veb-sayt haqda ətraflı məlumat verib: "Bu saytı açmaq bizim çoxdanki arzularımızdandır. Hətta bundan başqa 2 dəfə də Gənc Tamaşaçılar Tetarının saytını açmaq istədik. Lakin müxtəlif nöqsanlar olduğundan planımız baş tutmadı. Lakin bu gün sizlərə tam mükəmməl, hər kəsin istədiyi kimi sayt təqdim edirik. Əminik ki, bu teatrsevərlər üçün böyük hədiyyədir. Onu dadiqqətinizə çatdırım ki, sayt hər zaman özündə yenilikləri əks etdirməklə təkmilləşdiriləcək".

Qeyd edək ki, yeni sayta teatrın fəaliyyəti ilə bağlı bütün yeniliklər, kütləvi informasiya vasitələrində dərc olunan məqalələr, teatrın aylıq və cari repertuarı, repertuarda olan tamaşalar haqqında qısa annotasiyalar yer alacaq. http://tyuz.az/

Bütün xəbərlər Facebook səhifəmizdə