“SETEM Akademiyası”nda türkdilli ölkələr də iştirak edə biləcəklər

“SETEM Akademiyası”nda türkdilli ölkələr də iştirak edə biləcəklər

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və İstanbul TV Forumun dəstəyi ilə artıq ikinci dəfə təşkil edilən "SETEM Akademiyası" kino müsabiqəsinin beynəlxalq bölümünə türkdilli ölkələr də qatıla biləcəklər. SİA-nın məlumatına görə, tədbirin beynəlxalq hissəsinin tanıtımı TÜRKSOY tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən qısametrajlı film istehsalçıları mayın 31-dək ekran əsərlərini "SETEM Akademiyası"na ([email protected]) göndərməlidirlər.

Münsiflər heyəti tərəfindən finala vəsiqə qazanan üç film müəyyən edildikdən sonra bu ekran əsərləri www.setemakademi.com saytında səsvermə üçün tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, müsabiqəyə iyunun 14-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə