“Bu mənəm” adlı albomun təqdimatı olub FOTOLAR

“Bu mənəm” adlı albomun təqdimatı olub FOTOLAR

Bakı Caz Mərkəzində "Bu mənəm" adlı albomun təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimatda "Bu mənəm" layihəsinin rəhbərləri Bəbir Bəbirov və Ülviyyə Bəbirli-Vəliyeva bildiriblər ki, uşaq mahnılarından ibarət albomun buraxılmasının məqsədi bu mahnıları təbliğ etmək, istedadlı uşaqları dəstəkləməkdir.

Diqqətə çatdırılıb ki, uşaq ifalarından ibarət bu albom 1 iyun-Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə hazırlanıb. Alboma daxil olan mahnılar Azərbaycanın istedadlı balaca ulduzları, ölkəmizi "Junior Eurovision" mahnı müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox müsabiqələrin qalibləri tərəfindən ifa olunub.

Tədbirdə həmçinin "Rəngarəng duyğular" uşaq rəsm studiyasının moda nümayişi olub.

Qeyd edək ki, təqdimat konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə