Miladi: 29 may 2014

Hicri: 19 Rəcəb 1435

İlin 149-cu günü

İlin sonuna 216 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:49

Günəş – 06:15

Zöhr – 13:42

Əsr – 18:18

Məğrib – 21:16

İşa – 22:58

29 may: Sasani ordusunun məğlubiyyəti, Bizansın süqutu

363 — Roma imperatoru Yulian (Julian) Sasani ordusuna qalib gəlib.

1453 — Sultan II Mehmedin başçılığı altındakı Osmanlı ordusu İstanbulu fəth edərək Bizans dövlətinə son qoyub.

1727 — II Pyotr Rusiya çarı olur.

1848 — Viskonsin ABŞ ştatı olur.

1918 — Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir.

1924 — İspaniyada Rayo Vallekano (Madrid) klubunun əsası qoyulub.

1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946-18.2.2001) anadan olub. Görkəmli sənətkarlar Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açan E.Məmmədov "Yeddi oğul istərəm" (Mirpaşa), "Dədə Qorqud" (Qaraca çoban), "Dantenin yubileyi" (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir çox tamaşaların rəssamı olub.

1992 — Azərbaycan Respublikası Tacikistan ilə diplomatik əlaqələr qurub.

Bütün xəbərlər Facebook səhifəmizdə