Azərbaycan kitabının növbəti uğuru

Azərbaycan kitabının növbəti uğuru

Belarus Respublikasının Minsk şəhərində MDB-yə üzv dövlətlərin XI Beynəlxalq "Kitab sənəti" müsabiqəsi keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanı Müsabiqənin münsiflər heyətində Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri, Əməkdar İncəsənət Xadimi, şair Çingiz Əlioğlu təmsil edib. Hər il olduğu kimi bu il də Azərbaycan kitabı bu müsabiqədə böyük uğurla çıxış edib. Belə ki, müsabiqənin doqquz nominasiyasından üçündə kitablarımız I yer ( Nigar Rəfibəyli "Məhəbbətim bölünmədi", Rəna Əfəndizadə "Rəhim Seyfullayev – memar", Tahir Salahov "Qrafika" və "Rəngkarlıq" ikicildliyi), iki kitabımız II yerə layiq görüldü (A.N.Karlyukeviç "Dələ inşa yazır", Neymət Kelimbetov "Ümidimi itirmək istəmədim"), bir kitabımız isə üçüncü yeri qazandı (A.Quliyev, Q.Cəbiyev, F.Xəlilli "Muradxan xəzinəsi"). Xalq yazıçısı Elçinin "Nədir ömrün mənası" kitabı "Qran-Pri" nominasiyasında, xalq rəssamı Salxab Məmmədovun "Albom"u isə "Mənim ölkəm" nominasiyasında xüsusi mükafatlara layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə