Bu gün Azərbaycan İstiqlal Muzeyində 28 May – Respublika Gününə və 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir-sərgi keçirilib. SİA-nın məlumatına görə, tədbir-sərgidə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov, Nizami rayon Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlar dərnəyinin rəhbəri Aysel Əmirova, gənc rəssamlar, Azərbaycan Turizm İnstitutunun tələbələri, Milli Qvardiyanın əsgərləri, Milli Təhlükəsizlik Akademiyasının tələbələri, media nümayəndələri və başqaları iştirak ediblər.
"Müstəqil Vətənin işıqları" adlı sərgidə Nizami rayonunun Heydər Əliyev parkında fəaliyyət göstərən rəssamlar dərnəyinin 39 şagirdinin, eyni zamanda, gənc rəssamlar Bəhram Bəhmanov və Ayla Mehrəliyevanın əsərləri nümayiş olunub.
Tədbirin bədii hissəsində Yasamal rayonun 24 saylı Uşaq Yaradıcılıq Mərkəzinin uşaqları tərəfindən hazırlanmış bədii-musiqili kompozisiya nümayiş etdirilib.
Qeyd edək ki, sonda uşaqlar "Təşəkkürnamə" ilə təltif olunublar.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB