Bu həftə zəkalar qüvvələrini "Avstraliya" mövzusunda sınayıb. SİA-nın məlumatına görə, Adil Bəkirov, Nuranə Məmmədova və Orxan Abbaszadənin yarışdığı üçlükdə qələbəni Bakı Dövlət Universitetinin tələbəsi Adil Bəkirov bayram edib. Layihənin rəhbəri və aparıcısı Aydın Piriyevin sözlərinə yaşıl yolda oynayan Adil əvvəldən düzgün seçim edərək yaşıl yolda oynayıb. Nuranə və Orxanın səhvləri də onun yarımfinala yolunu açıb.
Şəmkirdə yerləşən Zəka intellektual Gənclər Mərkəzi və Azərbaycan Universitetinin təşkilatı dəstəyilə yayımlanan "Parlaq Zəka" intellekt şousuna respublikanın əksər bölgələrindən ümumilikdə 60 tələbə qoşulsa da onlardan sadəcə 3-ü bu möhtəşəm imkandan öz bilik və ağılları hesabına yararlana biləcək. Belə ki, birinci yerin sahibi 5 illik qüvvəsi olan 40.000 AZN dəyərində təhsil haqqı, ikinci yer 30.000, üçüncü yer isə 20.000 AZN-lik təhsil haqqı qazanacaq.
Qeyd edək ki, Azərbaycan Universitetində "Parlaq Zəkanın" ikinci mövsümü ilə bağlı yazılı seçim keçiriləcək. Seçimə bakalavr pilləsində təhsil alan bütün tələbələr qoşula bilər. Əlavə məlumat əldə etmək üçün Facebook – Parlaq Zəka səhifəsinə müraciət etmək olar.
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB