Nazir: "Lisenziyalaşdırılmamış turizm obyektlərinin xidmətləri qadağan olunacaq"

Nazir: "Lisenziyalaşdırılmamış turizm obyektlərinin xidmətləri qadağan olunacaq"

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində Müşfiqabad Mədəniyyət evi əsaslı təmirdən sonra istifadəyə verilib. SİA-nın məlumatına görə, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlama verərək turizm obyektlərinə lisenziyaların verilməsi barədə danışıb: "Lisenziyaların verilməsi bir qayda olaraq gedir. Mövsüm başlanmaqdadır. Artıq son manitorinq qrupları rayonlara ezamiyyə olunublar. Bildiyiniz kimi biz elan etmişik ki, Bakı şəhərində və onun ətraflarındakı bütün otellər lisenziya əldə etsinlər. Əgər ilin sonuna qədər həmin obyektlər lisenziyalar almasalar olimpiyada oyunları zamanı onların xidmətləri qadağan olunacaq. Düşünürük ki, Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə ancaq lisenziyaşadırılmış otellər öz xidmətlərini təqdim edəcəklər. Onu da diqqətinizə çatdırım ki, bu gün Bakıda 11 minə qədər insanı yerləşdirmək üçün məkan var. Gələn il isə bunun 13-15 min arası olacağını planlaşdırırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə