İrəvan Teatrı mövsümə “Buradan min atlı keçdi” tamaşası ilə yekun vuracaq
İrəvan Dövlət Azərbaycan Dram Teatrı mövsümə şair-dramaturq Hidayətin "Buradan min atlı keçdi" əsəri əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi ilə yekun vuracaq. SİA-nın məlumatına görə, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovdur.
Tamaşa XX əsrin sonlarında Qafqazda münaqişələrin alovlanması məqsədilə gizli siyasət yürüdənlərin əməllərinə qarşı Ulu öndər Heydər Əliyevin kəskin və barışmaz mövqeyini, həmçinin qərbi azərbaycanlıların erməni şovinistləri ilə gərgin mübarizəsini əks etdirir.
Qeyd edək ki, səhnə əsərində İrəvan və Sumqayıt teatrlarının aktyorları rol alıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB