“Saf rənglər” adlı II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində ADRA-nın və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə "Saf rənglər" II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının ictimaiyyət üçün açılışı olub. SİA-nın məlumatına görə, yaradıcılıq festivalı beynəlxalq yönümlü olduğundan burada ölkəmizdə fəaliyyət göstərən 20-dən artıq rəssamlıq studiyaları, incəsənət məktəbləri ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa, Fələstin, Koreya Respublikası, İordaniya, Belarus, Misir, Pakistan, Mərakeş və bir çox ölkələrdən uşaqların əl işləri də nümayiş etdirilir.
Sərgidə uşaqlar kağızdan düzəltdikləri gəmini suya buraxmışlar və rəngarəng çərpələngləri fəzaya uçurublar.
Festivalın xeyriyyəçilik ənənəsinə uyğun olaraq, həmçinin əlil uşaqlara kömək məqsədilə əsərlərin satışı da həyata keçiriləcək.
Qeyd edək ki, "Saf rənglər" II Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalına iyunun 5-də yekun vurulacaq və iştirakçılar mükafatlandırılacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB