Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji və Filologiya və Jurnalistika fakültələrinin 2013-2014-cü tədris ilində Bakalavr ali təhsil pilləsinin əyani və qiyabi təhsil alan IV kurs tələbələrinin pedaqoji təcrübəsinin başa çatmasına həsr olunan pedaqoji konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, müəllim və tələbə kollektivi, media nümayəndələri və başqaları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin müəllim kimi formalaşmasında mühüm rol oynadığını deyib. Prorektor tələbələrə hər zaman öz fəaliyyətləri ilə universitetin adına layiq olmağı tövsiyyə edib. ADU tələbələrinin hər zaman nümunəvi olduqlarını deyən D. Yunusov pedaqoji təcrübəni uğurla başa vuran tələbələlərə gələcək təhsillərində uğurlar arzuladı.
Sonra Filologiya və Jurnalistika fakültəsinin 453-cü qrup tələbəsi Validə Ağazadə, həmin qrupun digər tələbəsi Gülşən Cavadzadə, 444-cü qrup tələbəsi Günay Məmmədova, 416-cı qrup tələbəsi Gülər Salahova, 428-ci qrup tələbəsi Mətanət Əsgərova, 403-cü qrup tələbəsi Nəzrin Nəzərli və digər tələbələr çıxış edərək təcrübədə olduqları məktəb, eləcə də təcrübənin özəlliklərindən söhbət açdılar. Tələbələr bildiriblər ki, təcrübədə olduqları orta məktəblərdə bir sıra tədbirlər həyata keçiriblər ki, bu da məktəb rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, təcrübə müddətində əldə edilən biliklərin müqəddəs peşə yolunda mühüm əhəmiyyət kəsb etdiyini önə çəkdilər. Konfransda tələbələrin pedaqoji təcrübə fəaliyyətini və məktəblərin ictimai həyatında fəal iştiraklarını özündə əks etdirən video-slaydlar da nümayiş olunub. Tələbələr pedaqoji təcrübə müddətində biliklərin əldə edilməsində əməyi keçən şəxslərə təşəkkürlərini bildiriblər.
Elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov bildirdi ki, Bakı şəhər Nəsimi rayonunda yerləşən 18 saylı orta məktəbin rəhbərliyi tərəfindən ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidova təşəkkür məktubu ünvanlanıb. Məktubda qeyd olunur ki, məktəbdə təcrübədə olan Pedaqoji fakültənin 403-cü qrup tələbələri yüksək səviyyədə dərs keçiblər. Məktubda həmçinin o da vurğulanır ki, pedaqoji təcrübə prosesində iştirak edən pedaqoq, metodist və psixoloq da təcrübə zamanı yüksək fəallıq göstəriblər.
Pedaqoji təcrübədə olan bir sıra qruplar və onların pedaqoq, psixoloq və metodistləri məktəblərin rəhbərlikləri tərəfindən Fəxri fərmanla da təltif olunub.
ADU-nun Pedaqoji təcrübə rəhbəri Bəxtiyar Həmzəyev isə çıxışında təcrübə haqqında ətraflı məlumat verib. B.Həmzəyev Pedaqoji təcrübənin uğurla başa çatdığını bildirib. Pedaqoji təcrübə rəhbəri pedaqoji təcrübədə 74 metodistin, 22 pedaqoqun və 16 psixoloqun iştirak etdiyini söyləyib. B.Həmzəyev qeyd etdi ki, təcrübə fevralın 17-dən mayın 24-dək davam edib. Pedaqoji fakültədə əyani təhsil forması üzrə 423, qiyabi təhsil forması üzrə 63 tələbə, Filologiya və Jurnalistika fakültəsinin 143 tələbəsi Bakının 36-a yaxın orta ümumtəhsil məktəbində təcrübə keçib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB