Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə qastrol səfərindən qayıdıb. Teatrın mətbuat xidmətindən sİA-ya verilən məlumata görə, teatrın repertuarında olan "Hərənin öz ulduzu"( Süleyman Ələsgərov, İsi Məlikzadə) tamaşası mayın 21-də Masallı, 22-də isə Biləsuvar şəhərlərində göstərilib. Əsas rollarda respublikanın xalq artisi Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva oynayırlar.
Səfər haqda teatrın yaradıcı və texniki heyəti də öz təəssüratlarını bölüşüblər.
Teatrın baş inzibatçısı Sücəddin Şadıyev: "Kollektivimiz həm Masallı və Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmiləri, həm də şəhər əhalisi tərəfindən yüksək səviyyədə qarşılanıb. Tamaşalara müəllimlər, yuxarı sinif şagirdləri, ziyalılar xüsusilə maraq göstərib. Nümayişin sonunda insanlar belə səfərlərin mütəmadi olması istəklərini bildiriblər. Seyrçilər arasında aktyorlarımızla foto çəkdirənlər, imzalarını alanlar da oldu".
Əməkdar artist Novruz Qartal: "Səfərdən böyük məmnunluq hissi yaşadım. İnsanların həqiqətən də gülüşə, teatra ehtiyacları olduqlarını gördük. Düşünürəm, belə səfərlər tez-tez təşkil edilməlidir. Həm teatra axın olar, həm də tamaşaçılar sevdikləri aktyorları canlı görmək imkanı qazanarlar. Yeri gəlmişkən, səfəri təşkil edən insanların da əməyi yüksək dəyərləndirilməlidir".
Aktrisa Gülcahan Salamova: "Bu, mənim bölgələrə ənənəvi səfərim idi. Yəni, daha öncələr də qastrol səfərlərində olmuşam. Masallı və Biləsuvardan da xoş təssüratlarla qayıtdım. İnsanların üzündə təbəssüm yarada bildiksə, ürəklərini xoşhal etdiksə, nə mutlu bizə".
Qeyd edək ki, teatr rəhbərliyi isə öz növbəsində həmin rayonların icra başçıları – Rafil Hüseynova və Mahir Quliyevə, qastrolun yüksək səviyyədə təşkili üçün minnətdarlıq məktubu göndərib.
.jpg)
.jpg)
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB