“Saz və balabanı erməni mənimsəməsindən qoruyaq”

“Saz və balabanı erməni mənimsəməsindən qoruyaq”

"Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Saz və balabanı Azərbaycan xalqının milli musiqi alətləri kimi erməni mənimsəməsindən qoruyaq" layihəsi çərçivəsində növbəti seminarını keçirib. SİA-nın məlumatına görə, seminarda Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri iştirak etmişlər. Tələbələr milli musiqimizin tərkib hissəsi olan saz və balabanın qədim və müasir növləri ilə tanış olublar.

Qeyd edək ki, layihə çərçivəsində, həmçinin Türkiyə İstanbul Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu ilə görüş keçirilib. Görüşdə qonağa layihə, eyni zamanda, Azərbaycan xalqının qədim musiqi aləti olan saz və balaban haqqında geniş məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə