"Yayım" Assosiasiyası "Müasir Azərbaycan ədəbiyyatında gənc yazıçıların təbliğinə yardım" layihəsi çərçivəsində nəşr olunan "Yeni nəşrlər" kataloq jurnalının və "Gənc yazıçıların əsərləri haqqında" elektron bazanın təqdimatını keçirib. SİA-nın məlumatına görə, qurumun prezidenti Yaşar Zeynalov layihənin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirildiyini və layihənin əsas məqsədinin gənc yazıçılar və onların əsərlərini ictimaiyyətə təqdim etmək və bu informasiyanı özündə cəmləyən yazılı və elektron kataloq formalaşdırmaq olduğunu söyləyib.
Bu məqsədlə layihə müddətində "Yeni nəşrlər" kataloq jurnalının xüsusi buraxılışı hazırlandığı vurğulanaraq nəfis tərtibatda nəşr olunan kataloqa gənc yazıçıların 150 adda əsərlərinin daxil edildiyi bildirilib.
Qeyd edilib ki, hər bir nəşr haqqında annotasiya, fotoinformasiya və digər vacib məlumatlar daxil edilib. Vurğulanıb ki, bundan əlavə, təşkilatın internet səhifəsi - www.yayim.org hazırlanıb. Saytda "Gənc yazıçıların əsərləri" və "Gənc yazıçılar" bölmələri yaradılıb. Elektron resurs mərkəzinə 150 kitab haqqında informasiya daxil edilib.
Bildirilib ki, "Gənc yazıçılar" bölməsinə isə 10 gənc ədibin həyat və yaradıcılığı haqqında məlumat yerləşdirilmiş və bu bölmənin gələcəkdə genişləndirilməsi nəzərdə tutulub. Azərbaycan Yazıçılar Birliyinin (AYB) uşaq ədəbiyyatı sektorunun rəhbəri Qəşəm Nəcəfzadə assosiasiyanın fəaliyyətini yaxından izlədiyini və respublikada kitaba marağın artırılmasında təşkilatın xüsusi rolunun olduğunu bildirib.
AYB-in Gənclər Şurası sədrinin müavini Xəyal Rza layihənin gənc yazıçıların tanınmasında əhəmiyyətindən danışaraq, gələcəkdə gənclərin oxucularla mütəmadi görüşlərinin keçirilməsinin təşkil olunacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB