Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyi açılacaqdır

Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyi açılacaqdır

Mayın 23-də Əmircan qəsəbəsində Xalq Rəssamı Səttar Bəhlulzadənin ev-muzeyinin təmir, bərpa və ekspozisiyanın yeni bədii tərtibatından sonra açılış mərasimi keçiriləcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ev-muzeyi ümummilli lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən yaradılıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən S.Bəhlulzadənin yaşadığı evdə əsaslı təmir-bərpa işləri aparılmış, burada rəssamın ev-muzeyinin yeni ekspozisiyası qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə