Nizami Kino Mərkəzində mayın 22 –dən etibarən "Monako Şahzadəsi" və "X - insanlar: keçmiş günlərin gələcəyi" adlı filmlərin nümayişinə başlanıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, rejissor Olivye Daanın, Araş Amelin ssenarisi əsasında çəkdiyi "Monako Şahzadəsi" filmi melodram və tərcümeyi-hal janrındadır. Ekran əsəri böyük məhəbbətdən bəhs edir. "Dünyanı fəth etmiş eşq hekayəsi" sloqanı filmin süjet xəttinə uyğundur.
Bütün Hollivud onun ayaqları altında idi – dəbdəbəli villalar, oskar ziyafətləri, şık kişilər amma bunlara ramən, baş qəhrəman Qreys Fransa yaxınlığında yerləşən Monako knyazlığının şahzadəsi olmağı seçir. O, Monako knyazına ərə gedir və bu ölkənin həyatında baş verən prosseslərdə fəal iştirak edir.
Şahzadə rolunu Hollivud ulduzu Nikol Kidman ifa edib. Digər obrazları Tim Rot, Maylo Ventimilya, Parker Pouzi, Pas Veqa və başqaları canlandırıblar.
"Monako şahzadəsi" klassik janrı sevən tamaşaçının zövqünü oxşayan kinoəsərdir.

"X –insanlar: keçmiş günlərin gələcəyi" filmi ABŞ və Böyük Britaniya kinematoqrafçılarının istehsalıdır.
Saymon Kinberq və Ceyn Qoldmanın ssenariləri əsasında rejissor Brayan Sinqerin fantastika, fentezi, döyüş macəra janrında çəkdiyi bu filmdə baş rolları Hyu Cekman, Maykl Fassbender, Ceyms MakEvoy, Cenifer Lourens, Patrik Stüart və başqaları ifa edib.
Gələcəkdə yaşayan və zamanlar arasında səyahət etmək bacarığına malik olan Kitti Prayd, keçmiş zamanda yaşayan mutantlara gələcəkdə onları nə gözlədiyini söyləyir. Bu xəbər və gələcəkdən keçmiş zamana gələn qara qüvvələr mutantları narahat etməyə başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB