Ukrayna Azərbaycanın hesabına povilyonunu genişləndirdi

Ukrayna Azərbaycanın hesabına povilyonunu genişləndirdi

67-ci Kann kinofestivalında tamaşaçıların çoxluğu üzündən Ukrayna pavilyonunu Azərbaycan pavilyonu hesabına genişləndirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı açıqlama verən "Maydan" filminin rejissoru Sergey Loznitsa buna məcbur olduqlarını açıqlayıb.

"Biz pavilyonlarımızı birləşdirdik. Azərbaycan pavilyonundakı həmkarlarımız "bizim torpağımız sizin torpağınızdır" deyərək buna imkan yaratdılar", - deyə o rejissor vurğulayıb.

Qeyd edək ki, Ukrayna inqilabı haqqında filmlər festivalda böyük rəğbət qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə