“Qaçaq qocalar”

İrəvan Dövlət Azərbaycan Dram Teatrında tanınmış yazıçı Elçin Hüseynbəylinin "Qaçaq qocalar" adlı əsəri əsasında eyniadlı tamaşa hazırlanır. Teatrdan SİA-ya verilən məlumata görə, qaçqınların həyatından bəhs edən əsərə gənc rejissor Anar Məmmədov quruluş verib.

Bu səhnə əsərində rolları əməkdar artistlər Vaqif Kərimov, Esmiralda Şahbazova, aktyor Əjdər Zeynalov ifa edəcəklər.

Qeyd edək ki, tamaşa növbəti mövsümdə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə