Bu günün tarixi

Miladi: 22 may 2014

Hicri: 23 Rəcəb 1435

İlin 142-ci günü

İlin sonuna 223 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 04:55

Günəş – 06:20

Zöhr – 13:41

Əsr – 18:15

Məğrib – 21:09

İşa – 22:48

337 – Roma imperatoru I Konstantin vəfat edib.

1918 - SSRİ xalq artisti, görkəmli aktyor, rejissor, pedaqoq Mehdi Məmmədov (1918-1984) anadan olub. Milli Dram Teatrında 1946-cı ildən rejissor və aktyor kimi fəaliyyət göstərib. Quruluş verdiyi tamaşalar milli teatr tariximizdə əhəmiyyətli yer tutur.

1927 – Çinin Xininq əyalətində baş vermiş zəlzələdə 200 000 nəfər ölüb

1955 – Osmanlı- Rus müharibəsinin qadın veteranı Nənə Xatun vəfat edib.

1990 - Microsoft şirkəti "Windows 3.0"-ü satışa çıxarıb.

1990 - Dağlıq Qarabağda Ermənistan SSR parlamentinə seçkilər keçirilməsi cəhdi baş tutmayıb. Bundan bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağ üzrə seçki dairələrinin yaradılması barədə qərar vermiş, Azərbaycan Ali Soveti isə bu qərarın qeyri-qanuni, SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olduğunu bəyan edib.

1995 - Azərbaycanla Laos Demokratik Respublikası (ölkəmizin müstəqilliyini 1992-ci il yanvarın 2-də tanıyıb) arasında diplomatik əlaqələr qurulub.

2002 - Vatikan dövlətinin başçısı, Roma Papası İkinci İohann Pavel Azərbaycan prezidenti Heydər Əliyevin dəvətilə Bakıya rəsmi səfərə gəlib. Bu, dunya katolikləri liderinin tarixdə Azərbaycana ilk gəlişi, müsəlman ölkələrinə etdiyi azsaylı səfərlərdən biri idi. Səfər beynəlxalq aləmdə böyük rezonans doğurmuşdu. Papa Bakıdakı katolik kilsəsində ibadət etmiş, Azərbaycandakı dini konfessiyaların rəhbərlərilə görüşmüş, respublikamızda dini tolerantlığın yüksək səviyyədə təmin olunmasını təqdirlə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə