Mayın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin ən populyar səhnə əsərlərindən biri olan "Trubadur" operasının tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, tamaşada Leonora partiyasını teatrın gənc və istedadlı vokalçısı Afaq Abbasova, Azuçena rolunu əəkdar artist Səbinə Vahabzadə, Manriko rolunu isə Fərid Əliyev ifa edəcəklər.
Azərbaycanlı sənətçilərlə yanaşı, teatrın rəhbərliyi əsas partiyalardan olan Qraf di Luna rolunda çıxış etmək üçün Ukrayna Milli Operasının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Mixail Qrişini dəvət edib.
Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Nəzərinizə çatdıraq ki, bu operanı bəstəkar cəmi 29 gün ərzində yazmış və onun premyerası 1853-cü il yanvarın 19-da Romada baş tutub. 160 ildən artıqdır ki, bu möhtəşəm əsər dünya opera teatrlarının repertuarını bəzəyir.
Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Trubadur" 2005-ci ildə səhnəyə qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB