“Bazar günü” qısametrajlı filmi yaxın günlərdə təhvil veriləcək
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında ekranlaşdırılmış "Motivlər..." kinoalmanaxına daxil olan "Bazar günü" qısametrajlı filminin çəkilişləri başa çatıb və yaxın günlərdə təhvil veriləcək. SİA-nın məlumatına görə, "Bazar günü" filmi bəxti gətirməyən bir musiqiçi haqqındadır. O, tüfeyli həyat tərzi keçirir, valideynləri və həyat yoldaşı ondan narazıdırlar. Amma günlərin birində sanki bəxti açılır və onu möhtəşəm bir yığıncaqda ifa etməyə çağırırlar.
Qeyd edək ki, filmin rejissoru ABŞ-ın Beyts Kollecinin 2009-cu il məzunu Rüfət Həsənovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB